Böyük Qayıdış çərçivəsində Xocavənd və Ağdərə rayonlarının 5 yaşayış məntəqəsinə daha 42 ailə (163 nəfər) yola salınıb.
Tvit.az"Report"a istinadən xəbər verir ki, Xocavənd şəhəri, rayonun Quzeyxırman, Xocavənd kəndləri və Hadrut qəsəbəsinə, həmçinin Ağdərə rayonunun Heyvalı kəndinə növbəti qayıdış baş tutub.
Bu mərhələdə Xocavənd şəhərinə 24 (86 nəfər), Quzeyxırmana 11 (53 nəfər), Xocavəndə 3 (11 nəfər), Hadrut qəsəbəsinə 2 (6 nəfər), Ağdərə rayonunun Heyvalıya isə 2 ailə (7 nəfər) köçürülüb.