Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya The Atlantic: Tramp İrana qarşı yeni hərbi əməliyyata başlamağı nəzərdən keçirir
dünya

The Atlantic: Tramp İrana qarşı yeni hərbi əməliyyata başlamağı nəzərdən keçirir

23-10-2026 10:00 18 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi zərbələri bərpa etmək imkanını nəzərdən keçirir. 


Tvit.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.


Nəşr yazır ki, bir neçə gün davam edə biləcək yeni hərbi kampaniya noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərdən sonra başlaya bilər.


ABŞ rəsmilərinin nəşrə verdiyi məlumata görə, mümkün hücumların hədəfləri sırasında İranın raket və pilotsuz uçuş aparatı (PUA) arsenalı, enerji infrastrukturu və nüvə obyektləri yer ala bilər. Bununla belə, mənbələr zərbələrin bərpası ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyini vurğulayıblar.


Elmin Alışov