İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasında ardıcıl qol buraxdığı oyunların sayına görə klub antirekordunu yeniləyib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu, Fransada PSJ-yə uduzduqları (2:4) liqa mərhələsinin III turunun matçında baş verib.
Kataloniya təmsilçisi Avropanın bir nömrəli klub turnirində ardıcıl 18 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib. Parisdəki görüşdə meydan sahiblərindən Dezire Due, Lukas Ernandes, Vitinya və Fabian Ruis fərqləniblər. İspaniya klubunun heyətində isə Xavi Espart və Lamin Yamal adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının cari mövsümünün ilk iki turunda "Feyenoord"a (5:1) və "Qalatasaray"a (4:1) qalib gəlib.