Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Danimarka Rusiyanın hərbi nümayəndəsini ölkədən çıxarır
dünya

Danimarka Rusiyanın hərbi nümayəndəsini ölkədən çıxarır

20-11-2026 21:00 6 Просмотров
IMG

Danimarka Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfirini çağıraraq Rusiya səfirliyinin hərbi attaşesinin ölkədən çıxarılacağını bildirib.

 

Bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen məlumat verib. Onun sözlərinə görə, Rusiya diplomatı 7 gün ərzində Danimarkanı tərk etməlidir.

 

Qərarın sentyabrın sonunda ukraynalı reper Kyivstonerə qarşı sui-qəsd cəhdi ilə əlaqədar verildiyi ehtimal olunur. İddialara görə, hadisədə iştirak edən iki Danimarka vətəndaşı Rusiya xüsusi xidmət orqanları tərəfindən cəlb edilib.