Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Quterreş vəzifəsi başa çatdıqdan sonra Portuqaliyaya qayıdacaq
dünya

Quterreş vəzifəsi başa çatdıqdan sonra Portuqaliyaya qayıdacaq

16-09-2026 21:00 19 Просмотров
IMG

BMT-nin baş katibi Antonio Quterreş vəzifəsinin müddəti başa çatdıqdan sonra Portuqaliyada yaşamağı planlaşdırır.

 

Tvit.az TASS-a istinadən xəbər verir ki, Quterreş jurnalistlər üçün keçirdiyi mətbuat konfransında gələcək karyerası ilə bağlı hələ qərar vermədiyini bildirib.

 

“Düzünü desəm, peşəkar gələcəyim barədə heç bir fikrim yoxdur. Gələcək yaşayış yerimə gəldikdə isə, əminəm ki, bu, Portuqaliya olacaq”, – deyə o bildirib.

 

Quterreşin BMT-nin baş katibi kimi səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Hazırda Təhlükəsizlik Şurasının üzvləri yeni baş katib vəzifəsinə namizəd seçimi üzərində işləyirlər. Bundan sonra namizəd Baş Assambleyanın səsverməsinə təqdim olunacaq.

 

Aysel Şirinova