Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrail vətəndaşı İran casusluğuna görə 13,5 il həbs cəzasına məhkum edildi
dünya

İsrail vətəndaşı İran casusluğuna görə 13,5 il həbs cəzasına məhkum edildi

16-09-2026 21:00 23 Просмотров
IMG

İsrailin Lod Rayon Məhkəməsi Petah Tikva sakini Aleksandr Qranovskini İran adından casusluq, vandalizm və yanğın törətməkdə təqsirli bilərək 13,5 il müddətinə azadlıqdan məhrum edib.

 

Tvit.az "The Times of İsrael"ə istinadən xəbər verir ki, Qranovski 2024-cü ilin sonlarında hökumət əleyhinə şüarların üzərinə boya çəkməkdə, doqquz avtomobili yandırmaqda və İran agentindən pul qarşılığında İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Benni Qantsın yaşadığı ərazini izləməkdə təqsirli bilinib.

 

Bundan əlavə, Qüds Rayon Məhkəməsi Şərqi Qüdsdən olan dörd fələstinlini 2024-cü ilin sonlarında pul qarşılığında İranın casusluq sxemlərindən birində iştirak etdiklərini etiraf etdiklərinə görə məhkum edib. Onların cəzaları daha sonra müəyyənləşdiriləcək.

 

Mərkəzi Rayon Prokurorluğunun məlumatına görə, Qranovskiyə verilən cəza İran adından fəaliyyət göstərməkdə ittiham olunan şəxsə qarşı indiyədək tətbiq edilən ən ağır cəzadır.

 

Aysel Şirinova