Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qəzzada yaşayış binasının uçması nəticəsində 21 nəfər ölüb
dünya

Qəzzada yaşayış binasının uçması nəticəsində 21 nəfər ölüb

16-09-2026 21:00 15 Просмотров
IMG

Qəzza şəhərinin qərbində yaşayış binasının uçması nəticəsində 21 nəfər ölüb, 45 nəfər yaralanıb.

 

Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki ben, mülki müdafiə qruplarının məlumatına görə, hadisə nəticəsində daha 35 nəfər təhlükəsiz şəkildə təxliyə edilib. Axtarış-xilasetmə işləri məhdud imkanlarla davam etdirilir.

 

Mülki müdafiə qüvvələri dağıntılar altından insanların çıxarılması üçün ağır texnikanın çatışmadığını bildirir. Xəstəxanalarda yaralananların müalicəsi zamanı da çətinliklərin olduğu qeyd edilir.

 

Qəzza şəhərinin meri Yəhya əl-Sərrac hadisəni böyük kədərlə qarşıladıqlarını bildirib. O, binanın uçması nəticəsində ölənlərin dəqiq sayının hələ müəyyən edilmədiyini və bir neçə briqadanın insanları xilas etmək üçün çalışdığını deyib.

 

Aysel Şirinova