ABŞ administrasiyası Avropa, Yaxın Şərq və Şimali Afrika ölkələri üçün nəzərdə tutulan on milyonlarla dollar məbləğində hərbi yardımın Mərkəzi və Cənubi Amerika ölkələrinə yönəldilməsinə qərar verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ Dövlət Departamenti Konqresə bildirib ki, Xarici Hərbi Maliyyələşdirmə Proqramı çərçivəsində ayrılan 52 milyon dollar Slovakiya, Şimali Makedoniya, Tunis və İraq üçün nəzərdə tutulan yardımdan götürülərək Panama, Peru, Ekvador və Kolumbiyaya yönləndiriləcək.
Qərar ABŞ-ın Latın Amerikası ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək siyasəti fonunda qəbul edilib.
Ötən həftə ABŞ dövlət katibi Marko Rubio Kolumbiya, Ekvador və Peruya səfər edib. Rubio bu ölkələrə qanunsuz narkotik dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizədə əlavə dəstək vəd edib.
Beləliklə, ABŞ administrasiyasının hərbi yardımın bölgələr üzrə bölüşdürülməsində prioritetləri yenidən nəzərdən keçirdiyi görünür.
Aysel Şirinova