Tramp İranla münaqişənin yaxın zamanda sona çatacağını elan etdi
14-09-2026 21:00 20 Просмотров
İran və ABŞ arasındakı münaqişə tezliklə sona çatacaq və bu, neft qiymətlərinin düşməsinə səbəb olacaq.
Tvit.az xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp bildirib.
“Ümid edirəm ki, hamıya aydındır: bütün Amerikada qiymətlərin artmasına (ABŞ-ın 46-cı Prezidenti) yuxulu Co Bayden və Bayden administrasiyası səbəb olub, Tramp yox. Hətta Bayden dövründə neftin qiymətləri də indiki ilə müqayisədə daha yüksək idi və biz (hazırkı administrasiya) İrana nüvə silahına sahib olmağa imkan vermədik. Neft istisna olmaqla, digər malların qiymətləri kəskin şəkildə aşağı düşür. İranla hərbi münaqişə başa çatan kimi neftin qiyməti də kəskin şəkildə düşəcək və bu, tezliklə baş verəcək”, – deyə ABŞ lideri Truth Social-da yazıb.