Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Neft oğurlamaq istəyərkən öldülər
dünya

Neft oğurlamaq istəyərkən öldülər

03-09-2026 22:00 24 Просмотров
IMG

37 nəfər Nigeriyada neft boru kəmərindən neft oğurlamağa cəhd edərkən zəhərli buxarlardan zəhərlənərək ölüb.

 

Tvit.az xəbər verir kİ, bu barədə Agence France-Presse (AFP) qeyri-hökumət təşkilatlarına istinadən məlumat yayıb.

 

Hadisə Nigeriyanın cənubunda, Port-Harkort şəhəri yaxınlığındakı Okirika yaşayış məntəqəsində baş verib. Şəxslər nefti boru kəmərindən qanunsuz şəkildə çıxarıb satmaq məqsədilə kəmərə müdaxilə ediblər. Onlardan bəziləri zəhərli buxarlardan zəhərlənərək həyatını itirib.

Nigeriyanın cənubunda, əsas neft yataqlarının yerləşdiyi bölgədə boru kəmərlərindən neft oğurlanması halları geniş yayılıb. Ordu və polis qanunsuz neft emalı qurğularının ləğvi ilə bağlı mütəmadi əməliyyatlar keçirir.