Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Macarıstan hərbi yaşda olan ukraynalılara sığınacaq verməyə davam edəcək
dünya

Macarıstan hərbi yaşda olan ukraynalılara sığınacaq verməyə davam edəcək

03-09-2026 20:00 21 Просмотров
IMG

Macarıstan Avropa İttifaqının qərarına baxmayaraq, hərbi yaşda olan Ukrayna vətəndaşlarına müvəqqəti qorunma statusu verməyə davam edəcək.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Peter Magyar bildirib ki, bu barədə hökumət iclasında qərar qəbul edilib və Aİ rəhbərliyi məlumatlandırılıb.

 

Onun sözlərinə görə, Macarıstan Aİ-nin hərbi yaşda olan ukraynalı kişilərə müvəqqəti qorunma verilməməsi qərarına qarşı çıxıb. Budapeşt ehtiyacı olan şəxslərə yardım göstərmək siyasətini davam etdirəcək.

 

Magyar qeyd edib ki, qərar əsasən Ukraynanın Zakarpatye vilayətindən olan etnik macarlara şamil olunacaq. Onun sözlərinə görə, Ukraynada cəbhəyə getmək istəməyən macar azlığının nümayəndələrinin sayı artır.

 

Baş nazir məsələ ilə bağlı Aİ rəhbərliyini, o cümlədən Avropa Şurasının prezidenti Antonio Kostanı məlumatlandırdığını bildirib.

 

Aysel Şirinova