Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ İrandan fərqli olaraq mülki şəxsləri vurmur - CENTCOM
dünya

ABŞ İrandan fərqli olaraq mülki şəxsləri vurmur - CENTCOM

02-09-2026 21:00 11 Просмотров
IMG

ABŞ Silahlı Qüvvələri sentyabrın 1-də İrana endirilən zərbələr zamanı toy mərasiminin hədəfə alınması ilə bağlı yayılan məlumatları araşdırmağa başlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) nümayəndəsi bildirib.

 

Məlumata əsasən, sözçü Tim Hawkins bildirib ki, ABŞ tərəfi İranın dövlət mediasında yayılan bu məlumatlardan xəbərdardır və məsələ araşdırılır.

 

“Bu məlumatlardan xəbərdarıq və onları yoxlayırıq. ABŞ hərbçiləri SEPAH-dan fərqli olaraq heç vaxt mülki şəxslərə zərbə endirmirlər”, – deyə o bildirib.

 

Onun sözlərinə görə, ABŞ-ın hədəfləri sırasında hava hücumundan müdafiə obyektləri, radiolokasiya sistemləri və dəniz qüvvələri olub.

 

Aysel Şirinova