Putinin münasibətlərin pisləşməsinə görə Yaponiyanı günahlandırması qəbuledilməzdir.
Tvit.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Kihara Minoru Tokioda keçirilən müntəzəm mətbuat konfransında deyib.
“Yaponiya-Rusiya münasibətlərinin hazırkı çətin vəziyyəti Rusiyanın Ukraynaya qarşı təcavüzündən qaynaqlanır və Yaponiyanın bu vəziyyətə görə məsuliyyət daşıdığını iddia edən açıqlamalar qəbuledilməzdir”,- deyə katib bildirib.
Elmin Alışov