Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıya gələn əcnəbinin ayaqqabısında partonlar tapıldı
turizm

Bakıya gələn əcnəbinin ayaqqabısında partonlar tapıldı

02-09-2026 12:00 15 Просмотров
IMG

Moskva-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşının əl yüklərinə stasionar rentgen qurğusunda keçirilən baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

 

Bildirilib ki, daha sonra aparılan yoxlama nəticəsində əl yükündəki ayaqqabının içərisində gizlədilən 11 ədəd patron aşkar edilib.

 

Ekspertiza tədqiqatı nəticəsində patronların zavod üsulu ilə istehsal edilən 9x18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.