Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda 46 küçənin təmiri yekunlaşdı
sosial

Bakıda 46 küçənin təmiri yekunlaşdı

01-09-2026 20:00 13 Просмотров
IMG

Bakı şəhərində 46 küçədə təmir işləri yekunlaşdırılıb.

 

Bu barədə "Tvit.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhərinin bütün rayonlarını əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. Proqram çərçivəsində 111 küçə və prospektin təmiri nəzərdə tutulub.

 

Artıq 46 küçədə işlər yekunlaşıb, ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib. Hazırda 20 küçədə təmir işləri davam etdirilir.

 

Proqrama daxil olan digər küçə və prospektlərdə də işlər mərhələli şəkildə həyata keçiriləcək.