Almaniya Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti gücləndirməyi planlaşdırır.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlində jurnalistlərə açıqlamasında bildirib ki, “Rusiya vətəndaşları üçün giriş nəzarətini gücləndirəcəyik”.
Nazirin sözlərinə görə, Berlin Ukraynaya humanitar və hərbi yardımı davam etdirəcək, həmçinin əlavə kəşfiyyat tədbirləri həyata keçirəcək.
Almaniya hökuməti bu qərarı Leypsiq/Halle hava limanında baş verdiyi bildirilən dron insidenti fonunda açıqlayıb. Berlin hadisəyə görə Rusiyanı məsul tutaraq əks tədbirlər görəcəyini bildirib.
Rusiyanın Berlindəki səfirliyi isə hadisə ilə bağlı ittihamları tələsik və təxribat xarakterli hesab edib.
Aysel Şirinova