Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Prezident: "BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur"
sosial

Prezident: "BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur"

01-09-2026 15:00 11 Просмотров
IMG

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı BMT-nin 1993-cü ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrası barədə danışıb.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin 30 ildən sonra - üç il əvvəl icra olunduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

 

"Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur".