Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb.
Tvit.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.
İmişli rayon sakini - 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlayıb.