Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan Bəhreyn ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib
siyasət

Azərbaycan Bəhreyn ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

01-09-2026 12:00 17 Просмотров
IMG

Azərbaycan və Bəhreyn arasında enerji və ətraf mühit sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Tvit.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Rövnəq Abdullayevin Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən "Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026" çərçivəsində Bəhreynin neft və ətraf mühit naziri Məhəmməd bin Mübarək bin Dinah ilə görüşündə bildirib.

 

İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, tərəfdaşlığın genişləndirilməsi barədə də fikir mübadiləsi aparılıb.

 

Həmçinin səfər çərçivəsində Tatarıstanın Ximqrad Texnopolisinin fəaliyyəti ilə tanışlıq olub, buradakı müəssisələrin fəaliyyəti, istehsal imkanları, tətbiq olunan texnologiyalar və həyata keçirilən layihələr barədə məlumat verilib.

 

Qeyd edək ki, "Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026" tədbiri regional və beynəlxalq səviyyədə işgüzar əməkdaşlığın genişləndirilməsi, müasir texnologiya və avadanlıqların təşviqi, biznes dairələri arasında görüşlərin təşkili baxımından əhəmiyyət kəsb edir.