Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət İlham Əliyev: Slovakiyanın azad edilən ərazilərin bərpasında iştirakı strateji tərəfdaşlığın nümunəsidir
siyasət

İlham Əliyev: Slovakiyanın azad edilən ərazilərin bərpasında iştirakı strateji tərəfdaşlığın nümunəsidir

01-09-2026 11:00 10 Просмотров
IMG

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya ilə tərəfdaşlığın strateji olduğunu bildirib.

 

Tvit.az-ın məlumatına görə, bu barədə İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqriniyə ölkənin Konstitusiya Günü münasibətilə göndərdiyi təbrikdə deyilir.

 

"İyul ayında Azərbaycana səfərinizi, o cümlədən Qarabağ bölgəsini birgə ziyarətimizi ən xoş təəssüratlarla xatırlayıram. Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm", - təbrikdə deyilir.

 

Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan ilə Slovakiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyət iki xalqın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlıq daha da möhkəmlənəcək.