Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran region ölkələrinə xəbərdarlıq etdi: ABŞ-a ərazilərinizdən istifadə imkanı verməyin
dünya

İran region ölkələrinə xəbərdarlıq etdi: ABŞ-a ərazilərinizdən istifadə imkanı verməyin

31-08-2026 23:00 11 Просмотров
IMG

İran ordusu region ölkələrinə ABŞ ordusunun öz ərazilərindən İrana qarşı hücumlar həyata keçirməsinə icazə verməmələri barədə xəbərdarlıq edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ordunun yaydığı bəyanatda bildirilib ki, İran qonşu ölkələrin milli suverenliyinə hörmətlə yanaşır, lakin ərazisinə qarşı hər hansı təcavüzə dözməyəcək və belə hallara daha ağır cavab verəcək.

 

Bəyanatda ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına yardım edən ölkələrə də xəbərdarlıq edilib. Bildirilib ki, İranın Silahlı Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu hər hansı hücumun mənbəyini hədəfə almaq hüququnu özündə saxlayır.

 

İran ordusu ABŞ hərbi bazalarından istifadə etməklə İrana qarşı hücumlara şərait yaradan ölkələrə müraciət edərək onları bu addımı təkrarlamamağa çağırıb.

 

Tehran daha əvvəl də ABŞ-ın hücumları üçün ərazilərindən və hərbi obyektlərindən istifadəyə icazə verən ölkələrin mümkün cavab tədbirlərinin hədəfinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

 

Aysel Şirinova