Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Spotify-ın məşhur “Jam” funksiyası pulsuz istifadəçilər üçün də əlçatan ola bilər
ДРУГОЕ

Spotify-ın məşhur “Jam” funksiyası pulsuz istifadəçilər üçün də əlçatan ola bilər

31-08-2026 23:00 13 Просмотров
IMG

Dünyanın ən populyar musiqi platformalarından biri olan Spotify-ın “Jam” funksiyası yaxın zamanda pulsuz istifadəçilər üçün də əlçatan ola bilər.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ilin sentyabrında istifadəyə verilən “Jam” funksiyası eyni anda 32 nəfərə ortaq musiqi sessiyası yaratmağa imkan verir. İştirakçılar sessiyaya mahnılar əlavə edə və musiqiləri birlikdə dinləyə bilirlər.

 

İndiyədək “Jam” sessiyasını yaratmaq və ona ev sahibliyi etmək yalnız Premium abunəçiləri üçün mümkün olub. Lakin Android Authority-nin Spotify-ın Android tətbiqinin 9.1.82.19 versiyasının kodlarında aşkarladığı məlumatlar bu qaydanın dəyişə biləcəyini göstərir.

 

Məlumata görə, tətbiqdən “Öz Jamınızı başlatmaq üçün Premium əldə edin” ifadəsi çıxarılıb. Bu isə pulsuz istifadəçilərin də öz “Jam” sessiyalarını yarada biləcəyi ehtimalını artırır.

 

Bununla belə, pulsuz istifadəçilərin yaratdığı sessiyalarda müəyyən məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilir. Belə sessiyalarda mahnıların yalnız qarışıq ardıcıllıqla səsləndirilməsi, mahnıların ötürülməsinə və növbəyə yeni mahnıların əlavə edilməsinə məhdudiyyət qoyulması gözlənilir.

 

Funksiya rəsmi olaraq istifadəyə verildiyi halda, Spotify pulsuz istifadəçiləri Premium abunəliyə keçməyə təşviq edən tətbiqdaxili bildirişlər də göstərə bilər.

 

Aysel Şirinova