Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran və Qırğızıstan prezidentləri görüşüb
dünya

İran və Qırğızıstan prezidentləri görüşüb

31-08-2026 16:00 14 Просмотров
IMG

Bu gün İran prezidenti Məsud Pezeşkian və qırğızıstanlı həmkarı Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının və “ŞƏT Plus” formatına üzv ölkələrin Dövlət Başçıları Zirvə Görüşü çərçivəsində Bişkekdə bir araya gəliblər.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Görüşdə İran-Qırğızıstan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.


Tərəflər iki ölkə arasında ticarət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə, nəqliyyat və logistika imkanlarından daha səmərəli istifadə məsələlərini nəzərdən keçiriblər.


Elmin Alışov