Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Lavrov Paşinyanı tənqid etdi: “Bu, Ermənistan xalqına inamsızlıqdan xəbər verir”
dünya

Lavrov Paşinyanı tənqid etdi: “Bu, Ermənistan xalqına inamsızlıqdan xəbər verir”

28-08-2026 20:00 18 Просмотров
IMG

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun yalnız müəyyən prosedurlardan sonra keçirilə biləcəyinə dair açıqlamasını tənqid edib.

 

Tvit.az xəbər verir ki, Lavrov bildirib ki, Paşinyanın bu mövqeyi onun Ermənistan seçicilərinə və xalqına kifayət qədər etimad göstərmədiyini nümayiş etdirir.

 

Onun sözlərinə görə, Ermənistan Aİ-yə üzvlüklə bağlı referendum keçirməzdən əvvəl ərizə təqdim edilməsini və “yol xəritəsi” hazırlanmasını gözləmək istəyir.

 

Lavrov həmçinin Ermənistanın iqtisadi inkişafında Avrasiya İqtisadi İttifaqının rolunu vurğulayıb və ölkənin hazırkı iqtisadi göstəricilərinə diqqət çəkib.

 

Aysel Şirinova