Gürcüstan Daxili İşlər Nazirliyi əcnəbilərin ölkədən deportasiya edilə biləcəyi halların siyahısını yeniləyib.
Tvit.az Gürcüstan mediasına istinadən xəbər verir ki, əcnəbi Gürcüstana qanunsuz daxil olduqda, ölkədə qalmaq üçün hüquqi əsası olmadıqda, qanunvericiliyi sistematik şəkildə pozduqda, saxta sənədlərdən istifadə etdikdə, təhlükəsizlik və ictimai asayiş üçün təhdid yaratdıqda, həmçinin icazəsiz işlədikdə deportasiya edilə bilər.
İcazəsiz işləmə, milli təhlükəsizlik və vətəndaşların hüquqları üçün təhdid, saxta sənədlərdən istifadə və məhkumluqla bağlı hallarda Miqrasiya Departamenti əcnəbinin işinə 10 gün ərzində baxacaq və deportasiya qərarı üçün məhkəməyə müraciət edəcək.
Aysel Şirinova