Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ 650 min avroluq unikal Ferrari hərraca çıxarılır – 15 min saat ərzində hazırlanıb
ДРУГОЕ

650 min avroluq unikal Ferrari hərraca çıxarılır – 15 min saat ərzində hazırlanıb

28-08-2026 19:00 26 Просмотров
IMG

Ferrari 599 GTB Fiorano əsasında hazırlanmış unikal Daytona Shooting Brake Hommage oktyabr ayında hərraca çıxarılacaq. Avtomobilin qiymətinin 650 min avroya qədər yüksələcəyi gözlənilir.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 1972-ci il Ferrari 365 GTB/4 Daytona Shooting Brake modelindən ilhamlanan avtomobilin hazırlanmasına təxminən 15 min saat sərf edilib.

 

Kuzovun demək olar ki, bütün panelləri yenidən hazırlanıb, dam xətti uzadılıb və arxa hissə tamamilə dəyişdirilib. Avtomobilin ən diqqətçəkən xüsusiyyətlərindən biri isə baqaja çıxış üçün istifadə olunan, elektriklə yuxarı açılan iki xüsusi “kəpənək” şüşə paneldir.

 

Unikal modelin oktyabrda keçiriləcək hərracda ciddi maraq doğuracağı gözlənilir.

 

Aysel Şirinova