Polşa saxta reklamların yerləşdirilməsinə görə Meta şirkətinin 250 milyon avro cərimələnməsini Avropa Komissiyasından tələb edib.
Tvit.az xəbər verir ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski bildirib.
Qavkovski X sosial şəbəkəsində yazıb ki, Meta-dan əldə olunan materiallar və şirkətin platformalarında dərc olunan məzmun üzərində nəzarətin olmaması ilə bağlı son media məlumatları təhlil edildikdən sonra Avropa Komissiyasına rəsmi müraciət edib.
Nazir Meta-nı platformalarında saxta məzmunla mübarizə aparmağa və "Vəhşi Qərbə son qoymağa" çağırıb.
Qeyd edək ki, Avropa Komissiyası 2025-ci ildə Meta-nı Avropanın rəqəmsal reklam qaydalarını pozduğuna görə 200 milyon avro cərimələyib.
Aysel Şirinova