Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Polşa saxta reklamlara görə Meta-nın 250 milyon avro cərimələnməsini tələb edib
digər

Polşa saxta reklamlara görə Meta-nın 250 milyon avro cərimələnməsini tələb edib

27-08-2026 11:00 23 Baxış
IMG

Polşa saxta reklamların yerləşdirilməsinə görə Meta şirkətinin 250 milyon avro cərimələnməsini Avropa Komissiyasından tələb edib. 

 

Tvit.az xəbər verir ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski bildirib.

 

Qavkovski X sosial şəbəkəsində yazıb ki, Meta-dan əldə olunan materiallar və şirkətin platformalarında dərc olunan məzmun üzərində nəzarətin olmaması ilə bağlı son media məlumatları təhlil edildikdən sonra Avropa Komissiyasına rəsmi müraciət edib.

 

Nazir Meta-nı platformalarında saxta məzmunla mübarizə aparmağa və "Vəhşi Qərbə son qoymağa" çağırıb.

 

Qeyd edək ki, Avropa Komissiyası 2025-ci ildə Meta-nı Avropanın rəqəmsal reklam qaydalarını pozduğuna görə 200 milyon avro cərimələyib.

 

Aysel Şirinova