İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Binyamin Netanyahu öz hesabında paylaşım edib.
“Prezident Trampı və Maliyyə naziri Skott Bessenti İran rejiminə qarşı yeni sanksiyaların tətbiqi münasibətilə təbrik edirəm. Siz haqlı olaraq bu qəddar diktaturanı və onun davam edən təcavüzünə yardım edənləri yüksək bədəl ödəməyə məcbur edirsiniz”, — Netanyahu ofisinin yaydığı açıqlamada deyilir.
Aysel Şirinova