Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Netanyahu ABŞ-ın İrana qarşı yeni sanksiyalarını alqışlayıb
siyasət

Netanyahu ABŞ-ın İrana qarşı yeni sanksiyalarını alqışlayıb

24-08-2026 23:00 9 Views
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Binyamin Netanyahu öz  hesabında paylaşım edib.

 

“Prezident Trampı və Maliyyə naziri Skott Bessenti İran rejiminə qarşı yeni sanksiyaların tətbiqi münasibətilə təbrik edirəm. Siz haqlı olaraq bu qəddar diktaturanı və onun davam edən təcavüzünə yardım edənləri yüksək bədəl ödəməyə məcbur edirsiniz”, — Netanyahu ofisinin yaydığı açıqlamada deyilir.

 

Aysel Şirinova