Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq
СПОРТ

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

13-08-2026 09:00 68 Просмотров
IMG

"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bakıda "Dinamo" (Kiyev, Ukrayna) ilə cavab matçına çıxacaq.

 

Tvit.az-ın məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Saat 20:00-da başlayacaq matçı ingiltərəli FIFA referisi Stüart Attuell idarə edəcək.

 

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.