Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Roma" Luis Enrikenin transferi üçün "İnter"lə razılığa gəlib
СПОРТ

"Roma" Luis Enrikenin transferi üçün "İnter"lə razılığa gəlib

12-08-2026 11:00 34 Просмотров
IMG

İtaliyanın "Roma" klubu "İnter"in yarımmüdafiəçisi Luis Enrikenin transferi üçün bu komanda ilə razılıq əldə edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt təmsilçisi 24 yaşlı braziliyalı futbolçu üçün 30 milyon avro ödəyəcək.


Transferin reallaşması üçün "Roma" futbolçunun özü ilə razılığa gəlməlidir. Braziliyalı oyunçunun keçidində baş məşqçi Can Pyero Qasperini maraqlıdır.

 

Qeyd edək ki, L.Enrike ötən mövsüm bütün turnirlərdə keçirdiyi 43 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Daha əvvəl Fransanın "Marsel" klubunda çıxış etmiş futbolçunun dəyəri "Transfermarkt" portalı tərəfindən 22 milyon avro qiymətləndirilir.