Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ “Neftçi” də Konfrans Liqası ilə vidalaşdı
СПОРТ

“Neftçi” də Konfrans Liqası ilə vidalaşdı

30-07-2026 23:00 13 Просмотров
IMG

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” və Azərbaycanın “Neftçi” komandaları arasında cavab oyunu başa çatıb.

 

Tvit.az xəbər verir ki, Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunda keçirilən görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 12-ci dəqiqədə Breno Almeyda vurub.

 

Minsk təmsilçisi Bakıdakı ilk matçda 4:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə keçən tərəf olub. Bununla da Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv avrokuboklarla vidalaşıb.