İran ABŞ-ın son hücumlarına cavab olaraq İordaniyadakı Amerika Əl-Əzraq hava bazasına zərbə endirib.
Tvit.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti Telegram kanalında bildirib.
“Bu səhər İİKK-nın Aerokosmik Qüvvələrinin qırıcıları Əl-Əzraq hava bazasındakı Amerika F-35 qırıcı təyyarələrinin uçuş-enmə zolağına və texniki xidmət anqarına çoxsaylı ballistik raketlərdən istifadə edərək hücum ediblər. Hücum nəticəsində üç F-35 təyyarəsi tamamilə məhv edilib, daha üçü isə ciddi şəkildə zədələnib",- məlumatda deyilir.
Elmin Alışov