Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Meşə yanğınları ilə bağlı yüzlərlə şübhəli saxlanıldı
dünya

Meşə yanğınları ilə bağlı yüzlərlə şübhəli saxlanıldı

29-07-2026 21:00 21 Просмотров
IMG

Fransa hüquq-mühafizə orqanları meşə yanğınları mövsümünün başlanğıcından bəri yanğınla bağlı araşdırmalar çərçivəsində 263 nəfəri saxlayıb.

 

 

Tvit.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti məlumat yayıb.

 

Məlumata əsaəsn,  92 məhbus azyaşlıdır. Əvvəllər bildirilib ki, Bordo məhkəməsi Fransanın cənub-qərbindəki Gironde departamentində meşə yanğınları ilə bağlı 11 nəfərə qarşı cinayət işlərini nəzərdən keçirir.

 

Avropada, xüsusilə İspaniya və Fransada yanğınlar bu il rekord səviyyəyə çatıb. Avropa Komissiyası əvvəllər 13 təyyarə və 4 helikopterin, eləcə də Avropa İttifaqının müxtəlif yerlərindən yüzlərlə yanğınsöndürənin Aİ mülki müdafiə mexanizmi vasitəsilə yanğınları söndürmək üçün səfərbər edildiyini bildirilib.

 

Aysel Şirinova