Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Xocalıda icazəsiz at çapanlar cərimələndilər
turizm

Xocalıda icazəsiz at çapanlar cərimələndilər

29-10-2026 16:00 17 Просмотров
IMG

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb.

 

Tvit.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb.

 

Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər. Onlar hərəsi bir ata minərək kənddə gəzməyə çıxıblar. Bu zaman heyvanların sahibi onları görərək niyə icazəsiz atlarını mindiklərini soruşub. Daha sonra tərəflər arasında mübahisə başlayıb. Heyvanların sahibi atlarının oğurlanması ilə bağlı polisə şikayət edib.

 

Polis əməkdaşları hadisə yerinə gələndə də həmin üç şəxs sərxoş halda nalayiq ifadələr işlədərək ictimai asayişi pozmağa davam ediblər. Buna görə də onlar saxlanılıb və barələrində müvafiq protokollar tərtib olunub.


Onların hər biri əməlindən peşman olduğunu deyərək barələrində yüngül cəza verilməsini istəyiblər.

 

Məhkəmə icazəsiz at sürən şəxslərin hər birini 150 manat məbləğində inzibati qaydada cərimələyib.