Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Qarabağ"ın keçmiş qapıçısı Türkiyə klubuna keçdi
СПОРТ

"Qarabağ"ın keçmiş qapıçısı Türkiyə klubuna keçdi

29-07-2026 17:00 32 Просмотров
IMG

Türkiyə Superliqasında çıxış edən "Göztəpə" klubu gürcüstanlı qapıçı Luka Quqeşaşvilini satınalma hüququ ilə icarə əsasında heyətinə cəlb edib.

 

Tvit.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

 

İzmir təmsilçisinin yaydığı rəsmi məlumata əsasən, qapıçının 2026-2027-ci illər mövsümünün sonunadək icarəyə götürülməsi barədə həm oyunçunun özü, həm də məxsus olduğu PAOK (Yunanıstan) klubu ilə ortaq razılıq əldə olunub.