Türkiyə Superliqasında çıxış edən "Göztəpə" klubu gürcüstanlı qapıçı Luka Quqeşaşvilini satınalma hüququ ilə icarə əsasında heyətinə cəlb edib.
Tvit.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
İzmir təmsilçisinin yaydığı rəsmi məlumata əsasən, qapıçının 2026-2027-ci illər mövsümünün sonunadək icarəyə götürülməsi barədə həm oyunçunun özü, həm də məxsus olduğu PAOK (Yunanıstan) klubu ilə ortaq razılıq əldə olunub.