Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Tiktokerin vəkilləri prosesə sədrlik edən hakimə və tərkibə etiraz etdilər
sosial

Tiktokerin vəkilləri prosesə sədrlik edən hakimə və tərkibə etiraz etdilər

28-07-2026 19:00 25 Просмотров
IMG

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli "Tiktok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

 

" Tvit.az" xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçən iclasda təqsirləndirilən şəxsin vəkilləri əvvəlcə prosesə sədrlik edən hakimə, daha sonra tərkibə etiraz ediblər. 

 

Vəkillər etiraza səbəb kimi onların verdiyi vəsatətləri əsaslandırmadan rədd etməsini bildiriblər.

 

Qısa müşavirədən sonra etiraz təmin edilməyib. 

 

Məhkəmənin növbəti iclası avqustun 4-nə təyin olunub.

 

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. 

 

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

 

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.