Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Dünya çempionatı: Azərbaycan təmsilçisi 9:0 hesablı qələbə ilə başladı
СПОРТ

Dünya çempionatı: Azərbaycan təmsilçisi 9:0 hesablı qələbə ilə başladı

28-07-2026 11:00 23 Просмотров
IMG

Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Əli Cavadlı (45 kq) ilk görüşünə çıxıb.

 

Tvit.az-ın məlumatına görə, o, təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovla qarşılaşıb.

 

Görüş Əli Cavadlının 9:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, bu gün daha dörd güləşçimiz finala çıxmaq uğrunda mübarizəyə qoşulacaqlar.

 

Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

 

Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.