Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial 5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq
sosial

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

28-07-2026 10:00 31 Просмотров
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

 

Bu barədə Tvit.az-a BŞTİ-dən məlumat verilib.

 

Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

 

Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

 

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:

- Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

- Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

- Bakı şəhəri "Zəngi" liseyi

- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

- Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi.