Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İraq Səudiyyə Ərəbistanın pilotsuz təyyarə hücumu iddialarını araşdıracaq
dünya

İraq Səudiyyə Ərəbistanın pilotsuz təyyarə hücumu iddialarını araşdıracaq

27-07-2026 22:00 11 Просмотров
IMG

İraqın Baş naziri Əli əl-Zeydi təhlükəsizlik orqanlarına Səudiyyə Ərəbistanının krallığı hədəf alan dronların İraq ərazisindən buraxıldığı iddiasını araşdırmağı əmr edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin sözçüsü Sabah əl-Numanın açıqlamasında bildirilib. 

 

Məlumata görə, İraq torpağının qonşu dövlətlərə hücumlar üçün start meydançası kimi istifadəsinin qarşısını almağa sadiqdir və məsuliyyət daşıyan hər kəsə qarşı qanuni tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.

 

Hökumət Səudiyyə Ərəbistanı ilə əlaqələrini "dərin köklü və qardaşlıq" adlandıraraq, İraqın suverenliyini qoruyacağını və regional təhlükəsizliyi və sabitliyi qoruyacağını vəd edib.

 

Aysel Şirinova