Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ FIFA prezidenti DÇ-2026-nı tənqid edənlərə cavab verdi
СПОРТ

FIFA prezidenti DÇ-2026-nı tənqid edənlərə cavab verdi

27-07-2026 15:00 15 Просмотров
IMG

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatını (DÇ-2026) tənqid edənlərə müraciət ünvanlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə ali futbol təşkilatının rəhbəri sosial şəbəkə hesabında paylaşıb edib.

 

"Nifrət və bitməyən tənqidlərə o qədər aludə oldunuz ki, bütün önəmli anları qaçırdınız, buna görə həqiqətən təəssüflənirəm. Öz dəyərli vaxtını və enerjisini yalnız mənfi duyğulara sərf edən insanlara məsləhətim budur: meditasiya ilə məşğul olun, dua edin, gülümsəməyi unutmayın, ailənizlə və sevdiklərinizlə bir yerdə olun, yaxud da sadəcə bir futbol oyununu izləyin", - deyə İnfantino bildirib.

 

Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə olaraq 32 deyil, 48 komandanın iştirak ilə keçirilib. FIFA-nın qəbul etdiyi yeni format iştirakçı komandaların coğrafiyasını genişləndirməyə imkan verib və əlavə 40 oyunla ümumi matçların sayı 104-ə çatıb. Bununla yanaşı, o, rəhbərlik etdiyi qurumun gələcəkdə komandaların sayını 64-ə çatdırmaq ehtimalını da nəzərdən keçirdiyini açıqlayıb.