Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya XİN rəhbəri İrana səfər edəcək
dünya

Rusiya XİN rəhbəri İrana səfər edəcək

24-07-2026 17:00 10 Просмотров
IMG

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko nazir Sergey Lavrovun Tehrana mümkün səfəri ilə bağlı hazırlıq işlərinin davam etdiyini bildirib.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rudenko Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində verib.


Qeyd edək ki, Sergey Lavrov sonuncu dəfə ötən ilin 25 fevralında Tehrana səfər edib. Səfər çərçivəsində o, İranın prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.


Elmin Alışov