Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Özbəkistan və İran prezidentləri regional prosesləri müzakirə ediblər
dünya

Özbəkistan və İran prezidentləri regional prosesləri müzakirə ediblər

24-07-2026 16:00 11 Просмотров
IMG

Bu gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Tərəflər ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.


Telefon danışığı zamanı Mirziyoyev Yaxın Şərqdə davam edən gərginliklə bağlı ciddi narahatlığını ifadə edərək, mövcud şəraitdə hər zamankından daha çox təmkin nümayiş etdirməyin və dialoqu bərpa etməyin vacibliyini vurğulayıb.


Elmin Alışov