Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
sosial

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

20-07-2026 14:00 43 Просмотров
IMG

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

 

Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.

 

Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.