Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi
siyasət

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi

10-07-2026 10:00 16 Просмотров
IMG

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri cənab Səlcuq Bayraqdarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Tvit.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.

 

"Baykar" şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb.

 

Cənab S.Bayraqdar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

 

Türkiyə Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün də iştirak etdiyi görüşdə tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə, insansız sistem vasitələri və digər sahələrə dair ətraflı fikir mübadiləsi aparıblar.