Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial MİQ imtahanlarının vaxtı AÇIQLANDI
sosial

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

09-07-2026 14:00 13 Просмотров
IMG

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 14 iyuldan etibarən start verilməsi nəzərdə tutulub. 

Tvit.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib. 

O bildirib ki, ölkə üzrə 23 müxtəlif şəhərdə və 56 müxtəlif imtahan mərkəzi hazır vəziyyətə gətirilib: "Bununla da 11 mindən artıq namizədin eyni vaxtda imtahan verməsinə şərait yaradır.  Ötən illərdə ibtidai sinif istisna olmaqla, digər bütün fənn və bölmələr üzrə imtahanlar eyni gündə və saatda təşkil olunurdu. Bu imkanlar nəticəsində cari ildə ibtidai sinif üzrə iştirakçılar da eyni vaxt və saatda imtahan verə biləcəklər".