Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
sosial

Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub

09-07-2026 13:00 16 Просмотров
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin birinci yarımilində 25,3 min şəxsə əlillik təyin edilib.

 

Tvit.az xəbər verir ki, onlardan 10,9 min şəxsə ilkin, 14,4 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

 

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

 

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.