Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Magistraturaya qəbul imtahanının yekun nəticələri elan edildi
sosial

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan edildi

03-07-2026 15:00 22 Просмотров
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edib.

 

Tvit.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

 

Bakalavrlar yekun imtahan balı ilə buradantanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

 

Qeyd edilib ki, apellyasiya komissiyasına müraciət etmək istəyənlər 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.